Ağır və xüsusi texnikaların icarəsi və satışı
“Sarı Makina” MMC 2020-ci ildən ağır və xüsusi texnikaların icarəsi və satışı ilə məşğul olur və qısa müddətdə bu sahədə ölkənin aparıcı milli şirkətlərindən birinə çevrilmişdir.
Hansı texnika lazımdır?
Haqqımızda
Sarı Makina 2020-ci ildən ağır və xüsusi texnikanın icarəsi və satışı sahəsində fəaliyyət göstərən yerli şirkətdir. Bizim üçün əsas dəyər etibardır: verdiyimiz sözə əməl edir, hər layihəyə öz işimiz kimi yanaşırıq. Qarabağdakı bərpa işlərindən Füzuli–Şuşa yolunun tunelinə qədər iri layihələrdə iştirakımız bu yanaşmanın nəticəsidir.
Biz yalnız texnika təqdim etmirik. Hər layihənin tələblərini müştərimizlə birlikdə dəyərləndirir, iş üçün ən uyğun maşını seçməyə kömək edir və iş boyu yanında oluruq. Yol və bina tikintisindən iri infrastruktur layihələrinə qədər hər mərhələdə məqsədimiz eynidir: heç bir iş texnika gözləyərək dayanmasın.
Qarabağ bölgəsində bərpa-quruculuq işləri ilə bağlı bir çox layihədə iştirak etmişik və bu gün də iştirak edirik. Yayın istisində də, qarla örtülmüş yollarda da texnikamız işdədir. SOCAR, bp, PASHA Holding, Azersun, Kalyon, Kolin, Cengiz İnşaat və bir çox başqa iri şirkət bizə etimad edir. Bu etimad bizim üçün ən yüksək qiymətdir.
Texnikalarımız 5–10 illik təcrübəyə malik operatorlarla birlikdə təqdim olunur. İcarə dövründə nasazlıq yaranarsa, 24/7 işləyən servis komandamız texnikanı ən gec 24 saat ərzində təmir edir və ya başqası ilə əvəz edir, dayanma müddəti üçün isə ödəniş tələb olunmur. Bütün parkımız sığortalıdır, texnika obyektə akt və fotolarla təhvil verilir.



Xidmətlərimiz
Tikinti Maşınları
İnşaat layihələrinizdə yüksək performanslı texnika ilə işlərinizi sürətləndirin. Avtokranlar, buldozerlər və greyderlər kimi müxtəlif tikinti maşınlarımızla layihələrinizi vaxtında və keyfiyyətlə tamamlayın.
Torpaq və Sənaye Avadanlıqları
Ən müasir texnika ilə torpaq işlərini asanlaşdırın və sənaye proseslərini optimallaşdırın. Vibrasiyalı torpaq vərdənəsi, frontal yükləyici və tırtırlı ekskavatorlarımızla işinizi yüksək səviyyədə yerinə yetirin.
Su və Yanacaq Tankerləri
İri həcmli su və yanacaq daşınması üçün müasir və təhlükəsiz tanker icarəsi. Su və yanacaq tankerlerimizlə maye daşınmasını effektiv və rahat şəkildə həyata keçirin. Hər növ layihə üçün uyğundur.
Şuşa, birinci tunelin açılışı
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolunun birinci tunelinin açılışını “Sarı Makina” MMC-yə məxsus CAT 330 GC ekskavatoru ilə həyata keçirmişdir.



Partnyorlar

































