
Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolu
Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolu Şuşaya aparan əsas magistraldır. 81,7 km uzunluğunda olan yolun 48 km-i 6 zolaqlı, qalan hissəsi 4 zolaqlıdır; marşrutda tunellər, körpülər və viaduk tikilib. Yeni yol əvvəlki 101 km-lik marşrutu təxminən 19 km qısaldır.
Təməli 16 noyabr 2020-ci ildə qoyulan yol 3 iyul 2025-ci ildə istifadəyə verilib. Bu layihə Sarı Makina üçün xüsusi yer tutur: yolun birinci tunelinin açılışı Azərbaycan Respublikasının Prezidenti tərəfindən şirkətimizə məxsus CAT 330 GC ekskavatoru ilə həyata keçirilib.















































